
Bakı. Trend:
Azərbaycanda yeni məktəb binalarının tikintisi ilə bağlı müvafiq
işlərə başlanılır.
Trend-in
məlumatına görə, respublika üzrə 2 məktəbəqədər, 17 tam orta məktəb
binası tikiləcək, eləcə də 2 ədəd modul tipli tam orta məktəb
binası quraşdırılacaq.
Belə ki, Sumqayıt şəhər Nizami Gəncəvi adına 1152 şagird yerlik
texniki və təbiət elmləri liseyinin layihə-smeta sənədləri
hazırlanacaq. Eyni zamanda Sumqayıt şəhər 27 nömrəli 1416 şagird
yerlik, Xaçmaz rayonu, Hacəlibəy kənd 360 şagird yerlik, Qəbələ
rayonu, Dızaxlı kənd 360 şagird yerlik, Qusar rayonu, Yasab kənd
264 şagird yerlik, Ağdam rayonu, Hafiz Əsgərov adına Quzanlı qəsəbə
720 şagird yerlik, Masallı rayonu, Xırmandalı kənd X.Məmmədov adına
792 şagird yerlik, Xızı rayon N.Allahverdiyev adına Sitalçay kənd
180 şagird yerlik, Gəncə şəhər 42 nömrəli 360 şagird yerlik, Qusar
rayonu, İmamqulukənd kənd 432 şagird yerlik, Ucar rayonu, Qaracallı
kənd 2 nömrəli 432 şagird yerlik, Tovuz rayonu, Hunanlar (Girzan)
kənd H.Cəfərov adına 264 şagird yerlik, Sabirabad rayonu,
Yolçubəyli kənd 528 şagird yerlik, Bərdə şəhər 1 nömrəli 528 şagird
yerlik, Ağcabədi rayonu, Hacıbədəlli kənd 624 şagird yerlik,
Hacıqabul şəhər V.Quliyev adına 6 nömrəli 432 şagird yerlik,
Beyləqan rayonu, Ramiz Abbasov adına 4 nömrəli 432 şagird yerlik
tam orta məktəblərin layihə-smeta sənədlərinin hazırlanması işləri
aparılacaq.
Bundan əlavə, Qusar rayonunun Həzrə və Qaratoba kəndlərində
hərəsində bir ədəd olmaqla 90 şagird yerlik modul tipli tam orta
məktəblərin, həmçinin Xızı rayonunun Giləzi və Yeni Yaşma yaşayış
məntəqələrində hərəsində bir ədəd olmaqla 40 yerlik körpələr
evi-uşaq bağçalarının layihə-smeta sənədləri hazırlanacaq.
Məlumata əsasən, Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı
Əsaslı Tikinti və Təchizat İdarəsi bununla bağlı müvafiq
hazırlıqlara başlayıb.
Nazirlik sözügedən işlər üzrə layihə-smeta sənədlərinin
hazırlanmasının 2,8 milyon manata başa gələcəyini
proqnozlaşdırıb.

