
Bakı. Trend:
Niderlandın ING bank qrupu qızıl, gümüş, alüminium və sink
qiymətləri ilə bağlı yenilənmiş proqnozlarını ictimailəşdirib.
Trend xəbər verir
ki, analitiklərin hesablamalarına görə, 2025-ci ildə qızılın orta
illik qiyməti bir unsiya üçün 3128 ABŞ dolları, gümüşün – 39
dollar, alüminiumun – bir ton üçün 2615 dollar, sinkin isə qiyməti
bir ton üçün – 2 840 dollar səviyyəsində olacaq.
Proqnoza əsasən, 2026-cı ildə qızılın orta illik qiyməti bir
unsiya üçün 4150 ABŞ dollarına, gümüşün – 49,75 dollar, alüminiumun
– bir ton üçün 2 738 dollar, sinkin isə – 2938 dollar səviyyəsinə
çatacaq.
Xüsusilə qeyd olunur ki, cari ilin üçüncü rübündə qızılın
qiymətinin bir unsiya üçün 3400 ABŞ dolları, dördüncü rübdə isə
4000 ABŞ dolları səviyyəsində olacağı proqnozlaşdırılır.
Gümüşün qiymətinə gəlincə, 2025-ci ilin üçüncü rübündə bir
unsiya üçün 38 dollar, dördüncü rübündə isə 49 dollar səviyyəsində
olacağı gözlənilir. Alüminiumun qiymətinin cari ilin üçüncü rübündə
bir ton üçün 2600 dollar, dördüncü rübdə isə 2 750 dollar olacağı
proqnozlaşdırılır. Sinkin qiymətinin isə üçüncü rübdə bir ton üçün
2 780 dollar, dördüncü rübdə isə 3 000 dollar səviyyəsində olacağı
bildirilir.

