Qəzza zolağı hazırda yaşayış üçün yararsız vəziyyətdədir – Tramp

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Trampın fikrincə, Qəzza zolağında həyat
şəraiti tamamilə yararsızdır, lakin gələcəkdə regionun varlı
ölkələrinin dəstəyi ilə bu ərazi yenidən bərpa ediləcək.

Trend xəbər verir ki, Tramp
bu fikirləri Ağ Evdə keçirilən Nazirlər Kabinetinin iclasında
səsləndirib.




“Hazırda Qəzza yaşamaq üçün tamamilə yararsız vəziyyətdədir. Bu,
dəhşətli mənzərədir, belə bir halı heç kim görməyib. Biz insanların
daha yaxşı şəraitdə yaşaması üçün tədbirlər görəcəyik. Zaman
keçdikcə Qəzza yenidən qurulacaq. Bu bölgədə çox zəngin ölkələr var
və onların sərvətlərinin cüzi bir hissəsi belə Qəzzada möcüzələr
yarada bilər. Düşünürəm ki, bəzi güclü və varlı dövlətlər təşəbbüs
göstərəcək, böyük investisiyalar qoyacaq və bu problemlərin həllinə
töhfə verəcək”, – deyə Tramp bildirib.