
Bakı. Trend:
Türkiyənin xarici işlər naziri Hakan Fidan Parisdə Qəzza
zolağında müharibədən sonrakı keçid dövrünə dair keçiriləcək
beynəlxalq toplantıda iştirak edəcək.
Trend xəbər
verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat
yayıb.
Görüşün sabah baş tutacağı bildirilir. Toplantıda Tramp planının
necə tətbiq olunacağı, Qəzzanın yeni inzibati strukturu və müxtəlif
ölkələrin bu prosesə verdiyi dəstəyin koordinasiyası müzakirə
ediləcək.

