Bakl-Qazax yolunda qəzada bir ailənin 4 üzvü xəsarət alıb – YENİLƏNİB

Baş səhifə

Oktyabrın 8-də saat 08:50 radələrində Bakı-Qazax yolunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər (2-si qadın, 2-si kişi olmaqla) təcili tibbi yardım avtomobili vasitəsilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospiltazasiya olunub.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib. Hazırda hər birinin müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir.

Gülcahan Məmmədova

***

12.10

Bakl-Qazax yolunda qəza olub.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax magistralında, yolun Hacıqabul rayonundan keçən hissəsində baş verib.

“Mitsubishi Pajero” markalı minik maşını idarəetmədən çıxaraq beton dirəyə çırpılıb. Nəticədə 4 nəfər – 1979-cu il təvəllüdlü Maqsud Qaraşov, 2010-cu il təvəllüdlü Yusif Maqsud oğlu Qaraşov, 1990-cı il təvəllüdlü Aytac Elxan qızı Qaraşova və 1946-cı il təvəllüdlü Məxmər Xalıqverdi qızı Qaraşova müxtəlif xəsarətlər alıb. Onlar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.