
Almaniyanın Herdeke şəhərinin meri İris Stalzer çox saylı bıçaq zərbələri almış halda tapılıb.
APA xarici mediaya istinadən xəbər verir ki, merin həyati təhlükəsiz var.
Mer küçədə bir neçə kişi tərəfindən bıçaqlanıb, buna baxmayaraq özünü mənzilə çatdıra bilib.
“Bild” qəzetinin məlumatına görə, bir həftə əvvəl vəzifəyə seçilən sosial demokrat əqidəli İris Stalzer oğlu tərəfindən yaralı vəziyyətdə tapılıb.
Hadisənin detalları araşdırılır.

