COP29 Sədrliyi Londonda dəniz səviyyəsində dəyişikliklərin təsirilərini müzakirə edir

Baş səhifə
COP29

  • 07 oktyabr, 2025
  • 10:06
COP29 Sədrliyi Londonda dəniz səviyyəsində dəyişikliklərin təsirilərini müzakirə edir

Azərbaycanın COP29 Sədrliyi Londonda Britaniya Millətlər Birliyi Katibliyi ilə birlikdə tədbir keçirir.

“Report” xəbər verir ki, bu barədə COP29-un rəsmi “X” hesabında paylaşım edilib.

Tədbirin mövzusu dəniz səviyyəsinin qalxması və enməsinin yaratdığı problemlərdir. Məqsəd bu dəyişikliklərin təbiətə, iqtisadiyyata və insanlara təsirini müzakirə etməkdir.