Serbiya Prezidenti seçkilərinin eyni vaxtda keçirilməsini təklif edib

Baş səhifə

Bakı. Trend:

Serbiya Prezidenti Aleksandr Vuçiç 2026-cı ilin sonunda
səlahiyyət müddətinin vaxtından əvvəl başa çatması və prezident ilə
parlament seçkilərinin eyni vaxtda keçirilməsinin mümkünlüyünü
təklif edib.

Trend xəbər verir
ki, bu barədə Vuçiç “Pink” televiziya kanalına açıqlama verib.

“Rəsmi olaraq mandatıma daha bir il yarım qalıb, lakin bu, yəqin
ki, daha qısa olacaq”, – Prezident bildirib.




Onun sözlərinə görə, ölkə rəhbərliyi prezident və parlament
seçkilərinin eyni vaxtda keçirilməsini nəzərdən keçirir: “Çox güman
ki, biz həm prezident, həm də parlament seçkilərini eyni vaxtda
keçirəcəyik. 2026-cı ilin dekabrında, bəlkə də bir az əvvəl baş
verəcəyini gözləyirəm”.

Vuçiç konstitusiyaya düzəliş etmədən yeni namizədliyini irəli
sürməyəcəyini də açıqlayıb: “Biz Konstitusiyaya dəyişiklik etmək
istəmirik və mən yenidən prezidentliyə namizədliyimi irəli sürmək
fikrində deyiləm”.

Qeyd edək ki, Vuçiç ilk dəfə 2017-ci ildə Serbiyanın prezidenti
seçilib, 2022-ci ildə isə ikinci müddətə prezident olub. Onun
səlahiyyət müddəti 2027-ci ildə başa çatacaq.