Naməlum şəxslər Almaniyanın hakim koalisiyasına daxil olan Bavariya Xristian Sosial Birliyinin Münhendəki qərargahını yandırıblar.
“Report”un məlumatına görə, bu barədə Münhen polisinin mətbuat xidməti məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının nümayəndələri bildiriblər ki, yerli sakinlər yanğınsöndürənlə alovun qarşısını alıblar.
Hadisə ilə bağlı heç bir şübhəli saxlanılmayıb, araşdırma başlanılıb.
Yanğın zamanı xəsarət alan olmasa da, binaya maddi ziyan dəyib.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

