Üç min illik fəlakətin sonu yaxınlaşır – Tramp

Baş səhifə

Bakı. Trend:

Danışıqlar nəticəsində İsrail onlara göstərdiyimiz və HƏMAS-la
da paylaşdığımız ilkin geriçəkilmə xəttinə razılıq verib.

Trend xəbər verir ki, bu
barədə ABŞ Prezidenti Donald Tramp sosial media hesabında yazıb.
Dövlət başçısı bildirib ki, HƏMAS da təsdiqlədiyi təqdirdə atəşkəs
dərhal qüvvəyə minəcək, girov və məhbusların mübadiləsi
başlayacaq.




“Daha sonra biz geriçəkilmənin növbəti mərhələsi üçün şərait
yaradacağıq. Üç min illik fəlakətin sonu yaxınlaşır”, – deyə Tramp
əlavə edib.