Bakı. Trend:
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, paytaxt
Tbilisidə mitinqdə baş verən hadisələr nəticəsində 14 polis
əməkdaşı xəsarət alıb.
Trend xəbər verir ki, bu
barədə Gürcüstan Daxili İşlər nazirinin müavini Aleksandre
Daraxvelidze məlumat verib.
Onun sözlərinə görə, aksiya iştirakçılarının qanunsuz
hərəkətləri nəticəsində Daxili İşlər Nazirliyinin 14 əməkdaşı
xəsarət alıb. Onlardan birinin vəziyyəti ağırdır.
Hadisə yerində ictimai asayişin bərpası məqsədilə Daxili İşlər
Nazirliyi tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş xüsusi
vasitələrdən istifadə olunub.

