Nigeriyada “Lassa” qızdırması 166 nəfərin həyatına son qoyub

Baş səhifə
Nigeriyada Lassa qızdırması 166 nəfərin həyatına son qoyub

Bu il Nigeriyada “Lassa” qızdırmasından ölənlərin sayı artıb.

“Report”un xarici mətbuata istinadən xəbərinə görə, bu barədə ölkənin Xəstəliklərə Nəzarət Mərkəzi məlumat yayıb.

Məlumata görə, “Lassa” qızdırmasına yoluxma halları 21 ştatın 106 regionunda, eləcə də paytaxt Abucada artmaqda davam edir.

Açıqlamada həmçinin qeyd olunub ki, yanvar-sentyabr ayları arasında ölkədə 7 673 yoluxma halıq qeydə alınıb və 166 nəfər xəstəlikdən dünyasını dəyişib.

“Lassa” qızdırması insanlara heyvanlardan keçir. Daha əvvəl bildirilirdi ki, Nigeriyada 162 nəfər ölüb.

Xəstəlik ötən il ölkədə 190 nəfərin həyatına son qoyub.

Nigeriya hökuməti 23 yanvar 2019-cu ildə “Lassa” qızdırması səbəbindən ölkədə fövqəladə vəziyyət elan edib.