Bakı. Trend:
Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, oktyabrın 2-də
Fransada təşkil edilən həmkarlar ittifaqı aksiyası günü
çərçivəsində keçirilən etiraz aksiyalarına 195 min iştirakçı cəlb
olunub.
Trend-in məlumatına görə, bu barədə Fransa KİV-ləri xəbər
verib.
Bildirilib ki, Parisdə keçirilən aksiyada 24 min insan iştirak
edib.
Fransanın Ümumi Əmək Konfederasiyası da öz növbəsində bildirib
ki, ölkədə 600 min etirazçı olub, 200-ə yaxın nümayiş
keçirilib.
Həmkarlar ittifaqlarının təşkil etdiyi etiraz aksiyası
iştirakçılarının tələbləri hökumətin sərt iqtisadi tədbirlərinə
qarşı yönəlib.

