Bu gün biz Prezident İlham Əliyevlə ilə çox konstruktiv müzakirə apardıq.
“Report” xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının sədri Antoniu Koşta “X” hesabında paylaşım edib.
“Vaşinqtonda DonaldTrampın dəstəyi ilə Ermənistanla əldə olunan tarixi irəliləyiş münasibətilə Azərbaycanı təbrik etdik. Bu, regionda davamlı sülhə doğru böyük bir addımdır.
Biz Azərbaycanı mühüm tərəfdaş kimi qiymətləndiririk və əlaqələrimizi gücləndirməyə sadiqik.
Nəqliyyat, enerji və rəqəmsal sahələrdə regional əlaqəliliyə yatırımlarımızı Qlobal Qapı strategiyası vasitəsilə davam etdirəcəyik”, – deyə o qeyd edib.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

