ABŞ-da şatdauna görə dollar ucuzlaşıb

Baş səhifə

Bakı. Trend:

Oktyabrın 1-də ABŞ hökumətinin fəaliyyətinin dayandırılması
(şatdaun) fonunda dollar əsas valyutalara qarşı həftəlik minimum
həddinə qədər ucuzlaşıb.

Trend xəbər verir ki, bu
barədə “Reuters” agentliyi məlumat yayıb.

Respublikaçılarla demokratların razılığa gələ bilməməsi
səbəbindən dolların indeksi (avro və yen də daxil olmaqla 6
valyutaya nisbətən ölçülür) 0,2 faiz aşağı düşüb.




Bundan başqa, ABŞ Əmək Statistikaları Bürosu tərəfindən dərc
edilən ziddiyyətli məlumatlar da dolların ucuzlaşmasına təsir
göstərib. Hesabatda qeyd olunub ki, avqust ayında ölkədə
vakansiyaların sayı çox cüzi artsa da, muzdlu işçilərin sayı
azalıb.

ABŞ Prezidenti Donald Tramp Konqresdəki demokratları xəbərdar
edib ki, əgər federal hökumətin fəaliyyətinin dayandırılmasına
imkan verilsə, administrasiya onlar üçün mühüm olan proqramların
bağlanması da daxil olmaqla “geridönməz” addımlar ata bilər.

“Commonwealth Bank of Australia” bankının valyuta şöbəsinin
rəhbəri Cozef Kapurso hesab edir ki, hökumətin fəaliyyətinin
uzunmüddətli dayandırılması dolların enişini davam etdirə bilər. Bu
prosesdə ABŞ iqtisadiyyatı ilə bağlı zəif statistik göstəricilər də
mühüm rol oynaya bilər.