Pedro Sançez İsrailə çağırış etdi

Baş səhifə

İspaniyanın baş naziri Pedro Sançez İsrail hökumətini Qəzzaya yaxınlaşan mülki donanmaya təhlükə yaratmamağa çağırıb.

Metbuat.az xəbər verir ki, o, “Qlobal Sumud” donanmasının humanitar missiya olduğunu bəyan edib. Pedro Sançez “500-dən çox adamdan danışırıq. Bu insanlar heç vaxt İsrail üçün heç bir təhlükə və təhdid yaratmayıblar. Ona görə də ümid edirəm ki, Netanyahu hökuməti bu donanmaya heç bir təhlükə yaratmayacaq” – deyə bildirib. Sançes, xilasetmə və humanitar yardım üçün bölgəyə bir İspan freqatını göndərdiklərini və donanmanın ispan üzvlərini diplomatik baxımdan müdafiə edəcəklərini qeyd edib.

O əlavə edib ki, İsrail hökuməti BMT-nin koordinasiya etdiyi humanitar yardımın Qəzzaya daxil olmasına icazə versəydi, bu missiya baş tutmazdı.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.