Bakı.Trend:
Hazırda su tariflərinin artırılması ilə bağlı Tarif Şurasına hər
hansı bir müraciət edilməyib.
Trend xəbər
verir ki, bunu ADSEA-nın sədr müavini İlham Babayev deyib.
O vurğulayıb ki, differensiallaşmada əsas məqsəd sudan daha
səmərəli istifadə etmək, suya qənaətlə yanaşmaq, artıq istifadələri
məhdudlaşdırmaqdır.
“Bu cür yanaşma bir çox ölkələrdə var. Differensiallaşma ilə
bağlı təkliflər hazırlanarkən bir çox ölkələrin təcrübələri
öyrənilir. Eyni zamanda beynəlxalq məsləhətçi şirkətlərin də
rəyləri və təklifləri əldə olunub. Yekun təklif hazırlandıqdan
sonra Tarif Şurasına təqdim ediləcək. Həmin təklif təbii ki,
ictimai müzakirədən də keçəcək”,- qurum rəsmisi əlavə edib.

