İlham Mirzəliyev Samuxda vətəndaşları qəbul edəcək

Baş səhifə
İlham Mirzəliyev Samuxda vətəndaşları qəbul edəcək

“Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev Samux rayonunda Samux, Gəncə və Kəlbəcər sakinləri üçün vətəndaş qəbulu keçirəcək.

“Report” səhmdar cəmiyyətə istinadən xəbər verir ki, qəbul oktyabrın 10-u saat 10:00-da Samux rayonunda Heydər Əliyev Mərkəzində baş tutacaq.

Qəbulda istilik və isti su təchizatı ilə bağlı vətəndaşları maraqlandıran suallar cavablandırılacaq, istilik təchizatına dair sakinlərin problemləri dinləniləcək.