Gəncədə zəncirvari qəza olub, xəsarət alanlar var

Baş səhifə

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Hyundai”, “Toyota Prius” və “LADA Niva” markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.