Aksiyanın 2-ci dalğası başladı: Etirazçılar geri qayıdır

Dünya

Xüsusi təyinatlılar mitinqi dağıdandan sonra “Rustaveli” metrostansiyası tərəfə sığınan aksiya iştirakçılarının bir hissəsi yenidən Rustaveli prospektinə qayıdıb.

Aktual.ge xəbər verir ki, hazırda aksiya iştirakçıları “Tbilisi Marriott” otelinin yaxınlığındadır, etirazçıların bir hissəsi Rustaveli prospekti ətrafındakı küçələrə toplanır, bəziləri isə Kaşveti Kilsəsinin həyətindədir.

Parlament binasından təxminən 200 metrə irəlidə yerləşən xüsusi təyinatlılar aksiya iştirakçılarına qarşı vaxtaşırı su şırnağından və digər xüsusi vasitələrdən istifadə edirlər.

Aksiya iştirakçıları cavab olaraq polis qüvvələrinə pirotexniki vasitələr atırlar.

Nümayişçilər tez tez “Yaşasın Gürcüstanı” şüarı səsləndirirlər.

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir