Gəncədə iki nəfər bıçaqlanıb

Kriminal


Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər sakinləri Nadir Cıqqarov və Samir İsmayılovun bıçaq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Bu barədə resmixeber.az-nın yerli bürosuna DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis kapitanı Eşqin Qasımov bildirib.

Onun sözlərinə görə, polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçiriblər.

İlkin araşdırmalar zamanı həmin şəxslərə xəsarət yetirənin Anar Tağıyev olması müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir