Bakıda 85 yaşlı qadın bədbəxt hadisə nəticəsində ölüb

Cəmiyyət


Bakıda yaşlı qadın pilləkəndən yıxılaraq, ölüb.

Lent.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsində baş verib. 85 yaşlı H. Adabəyova yaşadığı evdə pilləkənlərdən yıxılıb.

Xəsarət alan yaşlı qadın xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

www.RESMIXEBER.az