Bakıda sexdəki partlayış-yanğında xəsarət alanların son durumu açıqlanıb

Cəmiyyət


Yanvarın 15-də Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən sexdə partlayışla əlaqədar TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 10 nəfərin müalicəsi davam etdirilir.

Bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, hazırda Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzində müalicə alan 9 nəfərdən 3-nün vəziyyəti ağır stabil, 6 nəfərin vəziyyəti isə orta ağır olaraq qalır.

Kliniki Tibbi Mərkəzin müvafiq şöbələrində isə 1 nəfərin müalicəsi davam etdirilir.

Qeyd edək ki,  baş verən partlayışda 24 nəfər xəsarət alıb. Doqquz nəfərin meyiti aşkarlanıb. 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir