Goranboyda yanacaqdoldurma məntəqəsində kişi bıçaqlanıb

Kriminal


Goranboyda bıçaqlanma hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Yeni Qəsəbə adlanan ərazidəki yanacaqdoldurma məntəqəsində qeydə alınıb.

1993-cü il təvəllüdlü Namiq İsalı bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

O, dərhal əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, hadisini törədən şəxs polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az