Azərbaycanda həkim 60 min manat maaş ala bilər? – AÇIQLAMA

Cəmiyyət


“Bu gün bizim məqsədimiz dövlət xəstəxanalarında həkimlərin 1000 manatdan az maaş almamasıdır. Sabit əlavə və bonuslarla birlikdə terapevtlər orta hesabla 1600 manata yaxın maaş alırlar”.

resmixeber.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev agentliyin illik fəaliyyəti və strateji hədəfləri mövzusunda keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, cərrah və oftalmoloqlarda bu məbləğ daha çoxdur:

“Bu məbləğ digər ölkələrlə müqayisədə bir az aşağıdır. Xidmətlər zərfində bir çox qiymətlər artıb. Qurum tərəfindən xəstəxanalara xidmətlər çərçivəsində ödənən məbləğlər həmin əməliyyatları icra edən həkimə bonus olaraq yazılır. Cərrahlar təbii ki, nisbətən daha çox məvacib alırlar. Bu da onların icra etdikləri bahalı əməliyyatların qiymətlərinə görə dəyişir”.

Sosial şəbəkələrdə həkimlərin 60 min manat maaş alması ilə bağlı iddialara cavab verən Zaur Əliyev bildirib ki, bu, bəzi yüksək ixtisaslı cərrahlara şamil edilə bilər:

“Çox az sayda cərrah var ki, icra etdiyi bahalı cərrahi əməliyyatların bonusları, Vahid tarif cədvəli və aylıq sabit əlavələrlə birlikdə bu məbləği ala bilməsi mümkündür”.

Könül Cəfərli

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir