Şabranda ağır qəzada yaralanan hotel işçisi Bakıya gətirilib

Cəmiyyət


Şabran rayonunun Pirəbədil kəndi ərazisində qəzaya düşərək xəsarət alan hotel işçilərindən biri Bakıya gətirilib.

“resmixeber.az” xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində xəsarət alaraq Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən beş nəfərdən biri, Cəmil Əşrəf oğlu Vəliyevin vəziyyəti ağırlaşıb.

O, paytaxtda yerləşən xəstəxanalardan birinə göndərilib. Cəmil Vəliyev açıq kəllə-beyin travması alıb. Hazırda müalicəsi davam etdirilir.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir