Pakistanlı qız Britaniyanın ən ağıllı yeniyetməsi oldu

Dünya


16 yaşlı pakistanlı Mahnur Çima Böyük Britaniyanın ən ağıllı yeniyetməsi seçilib. Testlər göstərib ki, onun IQ nəticəsi Enşteyn və Stiven Houkinqdən yüksəkdir.

Mahnurun uğurunda genetik amil də rol oynayıb. Belə ki, onun bacısı Pakistanda keçirilən bütün riyaziyyat olimpiadalarının qalibi olub.

Mahnur hələ uşaq ikən artıq bir sıra onlayn imtahanlardan, testlərdən uğurla keçib. 11 yaşında o, Oksford İngilis dili lüğətini bütünlüklə əzbərləyıb.

Vunderkind uğurunu tərbiyəsindən əlavə, yuxu rejimi ilə də izah edir.

“Dərsdən sonra üç saat yatıram, çünki çox yorğun oluram və məhsuldar ola bilməyəcəyimi hiss edirəm. Sonra axşam 7-də oyanıram və gecə 2-də yatıram. Son bir saatımı pianoda ifa etməklə keçirirəm”, – deyə yeniyetmə bildirib.

Mənbə: mk.ru

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir