Bakıda silah aşkarlanıb – FOTO/VİDEO

Cəmiyyət


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, 2-ci Alatava adlanan ərazisində silah aşkar edilməsi barədə məlumat daxil olub.

FHN-dən verilən məlumata görə, dərhal qurumun Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş silahın istifadəyə yararlı bir ədəd “İJ-56” “Belka” 12-16 mm kalibrli ov tüfəngi olduğu müəyyən edilib.

Silah XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən ərazidən götürülərək hüquq-mühafizə orqanı əməkdaşlarına təhvil verilib.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir