Həkimin səhv diaqnozu xəstəni komaya salıb? – AÇIQLAMA + VİDEO

Cəmiyyət


Sumqayıt şəhərində həkimin səhv diaqnozu xəstəni komaya salıb.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə şəhər sakini Fuad Cavadov iddia edir. Onun sözlərinə görə, bir saylı Şəhər Xəstəxanasında bacısı Xəyalə Bəylərovaya səhv diqnoz qoyulub. F.Cavadov bu yanlışlığa yol verən həkimlərdən şikayətçidir.

Onun sözlərinə görə, bacısı X.Bəylərova ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Xəstəni dərhal müayinə edən həkimlər –  Nurlan Hüseynov və Museyib Şərifzadə X.Bəylərovaya beyin-qan sızması diaqnozu qoyublar və təcili iki saylı Şəhər Xəstəxanasına aparılmasını tələb ediblər.

Həkimlərin yazdığı müalicədən sonra bacısının vəziyyətinin pisləşdiyini görən F.Cavadov xəstəni başqa tibb ocağına apararaq təkrar müayinə etdirib. Aldıqları cavab isə onları sözün əsl mənasında şoka salıb. Sən demə, 40 yaşlı X.Bəylərovaya Sumqayıtda qoyulan diaqnoz səhv imiş.

Sumqayıt Tibb Mərkəzindən məsələ ilə bağlı bildirilib ki, 40 yaşlı Xəyalə Şakir qızı Bəylərovanın yaxınlarının iddiaları tamamilə əsassızdır.

Qeyd edilib ki, həmin şəxs yuxarı beyindaxili təzyiqlə təcili yardım avtomobili ilə TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin bir nömrəli Şəhər Xəstəxanasının Təcili Yardım Şöbəsinə qəbul olunub və maqnit rezonans tomoqrafiya müayinəsindən keçirilib:

“Nəticə olaraq xəstədə sol beyin yarımkürəsində siqnal dəyişikliyi qeydə alınıb. Bu isə subaraxnoidal qansızma əlamətlərinə xarakterikdir. O, Neyrocərrahiyə şöbəsinə yerləşdirilib. Bütün lazımi tədbirlər həyata keçirilib. Ardınca Mərkəzi Gömrük Hospitalına beynin müayinəsinə göndərilib. Bundan sonra şübhə aradan qaldırılıb”.

Daha ətraflı süjetdə:

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir