Qırğızıstanlı media eksperti: “Uğur qazanan ilk Şuşa olacaq” – VİDEO

Siyasət


“Azərbaycan Prezidenti İlham Əliyev düzgün siyasi yolla gedir. İndi bütün dünya bunu etiraf edir və nəticə etibarı ilə Azərbaycanın dünyada nüfuzu yüksək səviyyəyə qalxacaq”.

Bunu qırğızıstanlı media eksperti Kubanıçbek Taabaldiyev Şuşa Qlobal Media Forumu çərçivəsində jurnalistlərə deyib.

O ümid etdiyini bildirib ki, gələn il bundan da geniş bir forum təşkil olunar və bu gün görülən işlərin nəticələri, Azərbaycanın uğurları dünyaya nümayiş etdirilər:

“Uğur qazanan ilk Şuşa olacaq, çünki Prezident İlham Əliyev vurğuladı ki, bunların yüksək səviyyəyə çatdırılması üçün çox böyük vəsait qoyulub və qoyulacaq. Azərbaycan bütün dünyaya nümunə olacaq”.

Forumun digər iştirakçısı Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev jurnalistlərlə təəssüratını bölüşərkən söyləyib:

“Bu cür miqyasa malik tədbirlər nəinki media nümayəndələri, hər kəs üçün mühüm əhəmiyyət və fayda təşkil edir. Burada təkcə ənənəvi media yox, həm də yeni dövrün tələbinə uyğun olaraq sosial media siyasi mənada yararlanır”.

Daha ətraflı Baku TV-nin süjetində:

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir