
Bakı. Trend:
Paytaxtın Bakı şəhərinin Xətai rayonunun bəzi ərazilərində su
kəsiləcək.
Trend xəbər verir
ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA)nin
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, Xətai rayonu, Rəşid Bağırov küçəsi, 36
ünvanında fərdi yaşayış evinin inşası ilə əlaqədar diametri 500 mm
olan magistral su xəttində baş vermiş qəzanın qarşısını almaq və
yeni xəttin çəkilməsini təmin etmək məqsədilə görülən işlər
çərçivəsində 20 fevrala qədər UPD – NZS qəsəbəsinə suyun
verilməsində fasilə yaranacaq. Bu müddət ərzində sakinlərə su
maşınları ilə xidmət göstəriləcək.


