Bakı. Trend:
Yaponiyanın Osaka şəhərində orta məktəb şagirdinin sinifdə bibər
qazı spreyi püskürtməsi nəticəsində azı 24 nəfər xəsarət alıb.
Bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, xəsarət alanların vəziyyəti ciddi
deyil və onların hamısı şüurludur.
Polis hadisənin hallarını araşdırır və şagirdi dindirir.

