
Bakı. Trend:
Böyük Britaniya NATO ölkələrinin müdafiə layihələrini
maliyyələşdirmək üçün yaradılan Müdafiə, Təhlükəsizlik və
Dayanıqlılıq Bankına (DSRB) qoşulmaq imkanını fəal şəkildə
araşdırır.
Bu barədə “Financial Times” qəzeti Britaniya hökumətindəki
mənbəyə istinadla məlumat yayıb.
Hakim Leyboristlər Partiyasındakı mənbənin sözlərinə görə,
DSRB-də iştirak Londonun müdafiə xərclərini ÜDM-in 3 faizinə
çatdırmaq məqsədinə nail olmasına kömək edə bilər.
Məlumata görə, bankın baş ofisinin Monrealda yerləşməsi və hərbi
layihələrin maliyyələşdirilməsi üçün 134 milyard dollara qədər
vəsait cəlb etməsi planlaşdırılır.
Albaniya, Belçika, Yunanıstan, Kanada, Latviya, Lüksemburq,
Rumıniya, Türkiyə və Ukrayna da təşəbbüsdə iştirak etmək
niyyətlərini açıqlayıblar.

