
Almaniya kansleri Fridrix Merz gələn həftə Nyu-Yorka planlaşdırılan səfərini ləğv edib.
Bu barədə DPA Almaniya hökumətindəki mənbələrə istinadən məlumat yayıb.
Merzin Nyu-Yorkda BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində keçiriləcək tədbirlərdə iştirakı nəzərdə tutulurdu.
“Kansler ilkin planların əksinə olaraq gələn həftə Nyu-Yorka getməyəcək, çünki onun Berlində olması zəruridir”, – mənbələr bildiriblər.
Səfərin ləğvinin konkret səbəbi barədə əlavə məlumat verilməyib.

