
Bakı. Trend:
İranın “Sepahan” aviaşirkətinə məxsus Boeing 737 sərnişin
təyyarəsi şassi ilə bağlı problem və mühərrikin ehtimal olunan
zədələnməsi səbəbindən Məşhəd şəhərində məcburi eniş edib.
Bu barədə İranın dövlət teleradio şirkəti məlumat yayıb.
Qeyd olunub ki, pilot Məşhəd-Kermanşah reysi zamanı havada
yaranmış fövqəladə vəziyyət barədə məlumat verib və nəticədə
təyyarə hava limanına geri qayıdıb. Hadisə ilə əlaqədar Məşhəd hava
limanının uçuş-enmə zolaqlarından biri bağlanıb.

