
Bakı. Trend:
ABŞ Prezidenti Donald Trampın sərvəti 2024-cü il prezident
seçkilərindən sonra 2,7 milyard dollar artaraq 7 milyard dollara
çatıb.
Bu barədə “Forbes” jurnalının yenilənmiş hesablamalarında
bildirilir.
Nəşrin məlumatına görə, Tramp xarici şirkətlərlə sövdələşmələr
və kriptovalyuta ilə bağlı fəaliyyətindən əhəmiyyətli gəlir əldə
edib.
“Forbes” Trampın sərvətinin artımını biznes fəaliyyəti ilə
əlaqələndirir. Tramp isə sərvətindəki artımın prezidentliyi ilə
bağlı olduğunu təkzib edib və biznesini hazırda övladlarının idarə
etdiyini bildirib.

