
Bakı. Trend:
Bu ilin yanvar-avqust aylarında ADY-nin Bakı
Limanında 5,5 milyon tondan çox yük aşırılıb.
Bu barədə ADY məlumat yayıb.
Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə
müqayisədə təqribən 3 faiz çoxdur.
Analoji dövrdə 85 min TEU-dan çox konteyner aşırılıb
ki, bu da ötən ilin 8 ayının göstəricisini (69 855 TEU) 22 faiz
üstələyib.
2026-cı ilin avqust ayında isə bu göstərici 12,9 min
TEU təşkil edib ki, bu da ötən ilin avqustu ilə müqayisədə 39 faiz
çoxdur.

