Nemtsovun qızı beynəlxalq axtarışa verildi

Baş səhifə

Rusiyanın mərhum siyasətçisi Boris Nemtsovun qızı Janna Nemtsova beynəlxalq axtarışa verilib.

Modern.az xəbər verir ki, bu barədə ASTRA məlumat yayıb.

Bildirilib ki, Nemtsova Rusiyada “arzuolunmaz təşkilatın” fəaliyyətinin təşkilində ittiham olunur.

Bundan əvvəl Moskvanın Basmannı Rayon Məhkəməsi Janna Nemtsova barəsində qiyabi həbs qərarı çıxarıb. Qərara əsasən, o, Rusiyaya ekstradisiya ediləcəyi, deportasiya olunacağı və ya ölkə ərazisində faktiki olaraq saxlanılacağı tarixdən etibarən iki ay müddətinə həbs edilməlidir. Nemtsovanın müdafiə tərəfi məhkəmənin qərarından apellyasiya şikayəti verib.

İttihama əsasən, Nemtsova Rusiyada “arzuolunmaz” elan edilmiş xarici və ya beynəlxalq təşkilatın fəaliyyətinin təşkilində şübhəli bilinir.