Rusiya Ukrayna arasında növbəti meyit mübadiləsi olub

Baş səhifə

Bakı.Trend:

Rusiya Ukrayna arasında həlak olan hərbi qulluqçuların
meyitlərinin növbəti mübadiləsi baş tutub.

RBK-nin məlumatına görə, bu haqda Rusiya Dövlət Dumasının
deputatı Şamsail Saraliyev bildirib.




Onun sözlərinə görə, mübadilə Belarus-Ukrayna sərhədində
yerləşən “Novaya Quta” keçid məntəqəsində baş tutub. Rusiya
Ukraynaya həlak olmuş 252 hərbçinin meyitini, Ukrayna isə Rusiyaya
23 meyit təhvil verib.

Mübadilə faktını Ukraynanın Koordinasiya Qərargahı da
təsdiqləyib. Qərargahdan bildirilib ki, həlak olanların
meyitlərinin qaytarılmasına Beynəlxalq Qızıl Xaç Komitəsi yardım
göstərib.