Ukraynanın səhiyyə naziri Azərbaycana səfər edəcək

Baş səhifə
Ukraynanın səhiyyə naziri Azərbaycana səfər edəcək

Ukraynanın səhiyyə naziri Viktor Lyaşkonun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, səfər oktyabrın 31-dən noyabrın 2-ə qədər davam edəcək.

Səfər zamanı bir sıra yüksək səviyyəli görüşlər, o cümlədən Azərbaycan-Ukrayna arasında səhiyyə sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı sənəd imzalanması gözlənilir.