Texasda hərbi helikopter qəzaya uğrayıb, iki ABŞ hərbçisi həlak olub

Baş səhifə

Texas: hərbi helikopter qəzaya uğrayıb, iki ABŞ hərbçisi həlak
olub

ABŞ Quru Qoşunlarının “Fort Hud” bazasında yerləşən AH-64E
“Apache” hücum helikopteri Texasın mərkəzindəki Salado şəhərində
qəzaya uğrayıb.

ABŞ hərbi helikopterinin çərşənbə günü Texas ştatında qəzaya
uğraması nəticəsində iki hərbçi həlak olub. Bu barədə helikopterin
tabe olduğu hərbi baza məlumat yayıb.




Baza açıqlamasında bildirib ki, ABŞ Quru Qoşunlarının “Fort Hud”
bazasında yerləşən AH-64E “Apache” hücum helikopteri “bu gün
Texasın mərkəzindəki Salado şəhərində qəzaya uğrayıb” və “iki
hərbçi həlak olub”. Qəza zamanı helikopterin hansı tapşırığı yerinə
yetirdiyi barədə məlumat verilməyib.

İyunun ortalarında ABŞ-ın B-52 ağır bombardmançı təyyarəsi
Kaliforniyada havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğramış,
təyyarədəki səkkiz nəfərin hamısı həlak olmuşdu.