
Bərdə. Trend:
Bərdə şəhərində qadın yaşadığı binanın dördüncü mərtəbəsindən
yıxılıb.
Trend-in
Qarabağ bürosunun xəbərinə görə, hadisə şəhər ərazisində keçmiş
məcburi köçkünlər üçün salınmış 588 saylı qəsəbədə qeydə
alınıb.
Belə ki, qəsəbədə yerləşən 1 saylı binanın 19-cu mənzilində
yaşayan, əslən Xocalı rayonundan olan 1988-ci il təvəllüdlü Hicran
Saleh qızı Şirinova yaşadığı binanın dördüncü mərtəbəsindən
yıxılıb.
H.Şirinova Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb. Ona ilkin
tibbi yardım göstərilib. Daha sonra müalicəsinin davam etdirilməsi
üçün Bakıda fəaliyyət göstərən xəstəxanalardan birinə
göndərilib.
Faktla bağlı araşdırma aparılır.

