Suriyanın iki vilayətində təhlükəsizlik xidmətinin bölmələrinə hücum olub

Baş səhifə

Suriyanın Haseke və Qamışlı vilayətlərində silahlı qruplar təhlükəsizlik xidmətinin bölmələrinə hücum ediblər.

APA xəbər verir ki, bu barədə Qətərin “əl-Cəzira” telekanalı məlumat verib.

Hücum nəticəsində insan tələfatının olub-olmaması ilə bağlı hələ ki, heç bir məlumat verilməyib.

Bölgələrdə gərginliyi azaltmaq və təhlükəsizliyi qorumaq üçün gücləndirilmiş iş rejiminə keçilib.