
Bakı. Trend:
14–27 oktyabr 2026-cı il tarixlərində Birbank Invest tətbiqi
üzərindən “EmbaFinans” BOKT QSC-nin istiqrazlarına abunə yazılışı
keçirilir.
İstiqrazların illik faiz dərəcəsi 13%, nominal dəyəri 10 AZN,
tədavül müddəti isə 12 aydır. Faiz ödənişləri rüblük həyata
keçiriləcək. İstiqrazlar sənədsiz, adlı, faizli və təmin edilməmiş
formada buraxılır.
Abunə yazılışı müddətində istifadəçilər Birbank Invest tətbiqi
vasitəsilə “EmbaFinans” BOKT QSC-nin istiqrazlarını əldə etmək üçün
müraciət edə bilərlər.
Qeyd edək ki, Birbank Invest Kapital Bank-ın əmtəə nişanıdır.
Tətbiq həm investisiya sahəsində ilk addımlarını atan, həm də
təcrübəli investorlar üçün yerli və qlobal maliyyə bazarlarına
rahat, sürətli və təhlükəsiz çıxış imkanı yaradır. Xidmət “PAŞA
Kapital İnvestisiya Şirkəti” QSC ilə birgə təqdim olunur.

