Serbiya nüvə elektrik stansiyaları üzrə tədqiqatlar üçün 30 milyon avro ayırıb.

Baş səhifə

Bakı. Trend:

Serbiya ölkədə nüvə elektrik stansiyasının tikintisinin
mümkünlüyü ilə bağlı tədqiqatlar üçün 30 milyon avro ayırıb və
Fransa ilə birlikdə nüvə enerjisinin inkişaf perspektivlərini
araşdıracaq.

Trend-in məlumatına görə, bu barədə Serbiya Prezidenti Aleksandr
Vuçiç Fransa Prezidenti Emmanuel Makronla danışıqlardan sonra
Parisdə jurnalistlərə verdiyi müsahibədə belə deyib.




Vuçiç xatırladıb ki, Belqrad əvvəllər Fransanın EDF şirkəti ilə
anlaşma memorandumu imzalamışdı və hazırkı danışıqlar da həmin işin
davamı idi. “Biz EDF ilə anlaşma memorandumu imzaladıq və bu,
müzakirələrimizin mövzularından biri idi. Biz nüvə elektrik
stansiyaları ilə bağlı ilkin tədqiqatlar üçün 30 milyon avro
ayırmışıq və bu iş üzərində yeni başlayırıq”, – deyə dövlər başçısı
bildirib.