Bakı. Trend:
Rumıniya hökumətinin binasının qarşısındakı meydanda minlərlə
insan ədliyyə sistemindəki korrupsiyaya qarşı etiraz aksiyası
keçirib.
Trend-in məlumatına görə, bu barədə “Agerpress” agentliyi xəbər
verib.
Etirazçılar Rumıniya və Avropa İttifaqı bayraqlarını
dalğalandıraraq Universitet Meydanından Qələbə Meydanına qədər
şəhərdə yürüş etdilər. Onlar Kassasiya Ali Məhkəməsinin sədrinin,
Daxili İşlər Nazirinin və Milli Korrupsiyaya Qarşı Mübarizə
İdarəsinin baş prokurorunun istefasını tələb edərək “Korrupsiya
yox, ədalət!”, “Məhkəmə mafiyası ölkədən çıxsın!” və “Telefon
zəngləri olmadan ədalət!” kimi şüarlar səsləndirdilər.
Ədliyyə sistemindəki sui-istifadə hallarına qarşı etirazlar
paytaxtda beşinci gündür davam edir. Oxşar nümayişlər Kluj-Napoka
və Timişoara şəhərlərində də baş tutub.

