- 09 yanvar, 2026
- 15:57
Azərbaycan dilinin qaydaları ilə bağlı vəsaitlər azdır.
“Report” xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin professoru, Mətbuat Şurasının Dil Komissiyasının üzvü Qulu Məhərrəmli Komissiyasının genişləndirilmiş iclasında deyib.
Onun sözlərinə görə, dilin praktiki tərəfləri ilə daha çox, məşğul olunmalıdır:
“Azərbaycan dilində yaxşı yazmaq və danışmaq lazımdır. Bunun üçün isə dilin qaydalarını bilmək lazımdır. Durğu işarələri heç bir dildə sabit deyil, amma müəyyən qaydalar var. Durğu işarələrinin işlənmə məqamları doğru olmalıdır. Onu da qeyd edim ki, vəsaitlər də azdır. Olanlar da az təbliğ edilir”.
Q.Məhərrəmli əlavə edib ki, alınma sözlərlə bağlı dildə problemlər var:
“Yersiz işlənən alınma sözlərdən istifadə yanlışdır. Hesab edirəm ki, Dil Komissiyasının işi Azərbaycan dilinin qaydalarının maarifləndirməsi yönündə faydalı olacaq”.
MƏLUMAT YENİLƏNİR
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

