
Prezident İlham Əliyevin imzaladığı əfv Sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub.
APA xəbər verir ki, bu Cəzaçəkmə Müəssisəsində sərəncam, ümumilikdə, 4 nəfərə şamil edilib.
Qeyd edək ki, bu gün Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncam imzalayıb. Sərəncama görə, 20 nəfər cəzanın çəkilməmiş hissəsindən azad ediliblər.

