Sarkis Xandanyan: ABŞ-la münasibətlər İran-Ermənistan əlaqələrinə mənfi təsir göstərə bilməz

Baş səhifə

ABŞ-la münasibətlər İran-Ermənistan əlaqələrinə mənfi təsir göstərə bilməz.

APA xəbər verir ki, bunu Ermənistan parlamentinin Xarici əlaqələr üzrə daimi komissiyasının sədri Sarkis Xandanyan “2026 APRI Forum”da çıxışı zamanı deyib.

Xandanyanın sözlərinə görə, İranla dostluq münasibətləri Ermənistan üçün çox vacibdir və tərəflər əlaqələri strateji səviyyəyə yüksəltmək niyyətindədirlər.

“Bizim münasibətlərimizin xarakteri özlüyündə stratejidir. Bununla bağlı müvafiq sənəd yaxın gələcəkdə ortaya çıxacaq”, – o bildirib.

Xandanyan qeyd edib ki, Ermənistan İranla münasibətlərini hər hansı digər ölkə ilə əlaqələri hesabına və ya hər hansı ölkəyə qarşı inkişaf etdirmək niyyətində deyil.