
Bakı. Trend:
Böyük Britaniya Fars körfəzində gəmiçiliyin təhlükəsizliyini
dəstəkləmək məqsədilə Fransa, eləcə də digər tərəfdaşları ilə
əməkdaşlıq edir.
Bu barədə Böyük Britaniyanın Baş naziri Endi Börnham
bildirib.
“Biz [Fars] körfəzində gəmiçilik azadlığını dəstəkləmək üçün
Fransa və digər tərəfdaşlarla işləyirik”, – deyə o, BMT Baş
Assambleyasının 81-ci sessiyasının ümumi siyasi müzakirələri zamanı
çıxışında bildirib.
Britaniyanın Baş naziri əlavə edib ki, London bu məsələ ilə
bağlı qarşılıqlı fəaliyyət göstərmək üçün beynəlxalq koalisiya
formalaşdırıb.

